ABŞ Ukraynaya 6,2 milyard dollardan çox yardım edib
ABŞ Müdafiə Nazirliyi ABŞ-ın Ukraynaya 2 illik silah və texnika yardımının dəyərini 6,2 milyard dollardan çox olduğunu açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçünün müavini Sabrina Sinq mətbuat konfransında bildirib ki, bu, ABŞ administrasiyasına Konqresdən əlavə vəsait istəmədən Ukraynaya daha çox hərbi yardım göstərməyə imkan verəcək.
Sinq qeyd edib ki, Pentaqon 2022-ci maliyyə illidə Ukraynaya göndərdiyi avadanlıqların maliyyə dəyəri 2,6 milyard dollar, 2023-cü ildə isə 3,6 milyard dollardan çox olduğunu vurğulayıb.
Mətbuat katibinin müavini vurğulayıb ki, hesablamalardakı səhvliklər Ukraynaya yardım üçün ayrılan büdcənin planlaşdırılmasında heç bir axsamaya səbəb olmayacaq.
ABŞ Dövlət Departamentinin iyunun 14-də açıqladığı məlumatlara görə, 2021-ci ilin yanvarından bəri Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə döyüş sursatları və kamikadze dronları da daxil olmaqla ümumilikdə 42 milyard dollarlıq hərbi yardım edib.