Brent nefti 99,39 dollara yüksəlib
Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 99,39 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 101,24 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə bir barelinin qiyməti günü 97,83 dollardan başa vurub.
Brent neftinin dekabr fyuçers kontraktı bu gün saat 10:36-ya olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,6 faiz artaraq 99,39 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçers kontraktının bir barelinin qiyməti isə 93,93 dollar müəyyənləşib.
Brent neftində texniki olaraq 100,78 dollar müqavimət, 98,74 dollar isə dəstək bölgəsi kimi izlənilə bilər.
