Bakıda 18 yaşlı qızın meyiti tapıldı
Bakıda gənc qızın meyiti tapılıb.
AFN.az xəbər verir ki, hadisə sentyabrın 9-u Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.
Saat 11 radələrində qəsəbə sakini, 2008-ci il təvəllüdlü A.İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
