Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı
Bakıda ofisdən meyit tapılıb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib.
Dünən saat 16 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
