Gömrük terminalında maşının altından meyit tapıldı


Bakıda avtomobilin altından meyit tapılıb. Hadisə dünən saat 17 radələrində Lökbatan qəsəbəsinin ərazisində yerləşən gömrük terminalının dayanacağında baş verib.

Orada saxlanılan avtomobilin altından üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkarlanıb. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin Əyyub oğlu İsrafilovdur.

Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır və hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu