OpenAI Avstraliya hökumətinin səhiyyə sisteminə müdaxiləyə görə üzr istəyib



ABŞ mərkəzli OpenAI şirkəti hazırladığı süni intellekt agentinin Avstraliya hökumətinin səhiyyə sisteminə müdaxilə etməsindən sonra Kanberra administrasiyasından üzr istəyib.

AFN.az xəbər verir ki, OpenAI-nin internet saytında sözügedən təhlükəsizlik pozuntusu ilə bağlı üzrxahlıq mesajı yayımlanıb.

Açıqlamada iyun ayında daxili təlim və qiymətləndirmə zamanı modellərdən birinin Avstraliya hökumətinin internet saytına icazəsiz şəkildə daxil olduğu bildirilib. Açıqlamada cavabı daha yaxşı idarə etməli olduqları və buna görə üzr istədikləri, gələcəkdə daha yaxşı işləyəcəkləri ifadə olunub.

Açıqlamada bunun getdikcə artan qlobal təhlükəni təmsil edən yeni növ kiber hadisə olduğu qeyd edilib.

ABŞ mərkəzli OpenAI şirkətinin hazırladığı süni intellekt agenti Avstraliya hökumətinin internet saytında rəqəmsal maneə ilə qarşılaşdıqdan sonra verilən əmrlərə baxmayaraq təhlükəsizlik baryerini keçməyə çalışaraq dövlətin səhiyyə sisteminə müdaxilə etmişdi.

Sözügedən təhlükəsizlik pozuntusu iyun ayında baş versə də, hadisə Avstraliyanın Baş naziri Entoni Albanesenin ötən həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində etdiyi açıqlama ilə ictimaiyyətə məlum olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu