SEPAH: ABŞ-ın hərbi kampaniyaları amerikalıları dünyada təhlükə qarşısında qoyub
ABŞ-ın xarici ölkələrdə həyata keçirdiyi hərbi kampaniyalar nəticədə amerikalıların dünyanın müxtəlif yerlərində özlərini təhlükəsiz hiss etməməsinə səbəb olub.
AFN.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi “SEPAH-ın ABŞ xalqına müraciəti” adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ son 70 il ərzində müxtəlif ölkələrə qarşı dəfələrlə hərbi əməliyyatlar keçirib.
Möhebi amerikalıların bu müdaxilələrin ölkəyə nə qazandırdığını düşünməli olduğunu bildirib. O, ABŞ-ın digər ölkələrdə “müdafiəsiz və günahsız insanların öldürülməsi” ilə nəticələnən hücumlarının yalnız böyük borclara gətirib çıxardığını iddia edib.
SEPAH nümayəndəsi bunun nəticəsində amerikalıların dünyanın müxtəlif ölkələrində artıq özlərini təhlükəsiz hiss etmədiklərini söyləyib.

