SEPAH: ABŞ İrana yeni hücumlar etdiyinə görə peşman olacaq
İran təcavüzkarı sərt şəkildə cəzalandıracaq və ABŞ İran ərazisinə yeni zərbələr endirdiyinə görə bərk peşman olacaq.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elitar hissələri) nümayəndəsi Hüseyn Mohebi bəyan edib.
"Təcavüzkarları sərt cəza gözləyir. ABŞ öz yeni hücumlarına görə peşman olacaq", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
"Tasnim" agentliyi isə öz növbəsində mənbəyə istinadən məlumat verib ki, İran Silahlı Qüvvələri ölkə ərazisinə qəsd edilməsinə yönəlmiş istənilən cəhdə qətiyyətli və miqyaslı cavab verəcək.

