Tehran F-35 qırıcısının yeni HHM sistemləri tərəfindən vurulduğunu iddia edir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus beşinci nəsil F-35 qırıcısının ölkənin mərkəzi hissəsində yeni hazırlanmış hava hücumundan müdafiə (HHM) sistemi ilə vurulduğunu bəyan edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, iddiaya görə, bu texnologiya 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük müharibədən sonra İran mütəxəssisləri tərəfindən hazırlanıb.
İran tərəfi bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin gənc mütəxəssisləri tərəfindən yaradılan bu yeni vasitələr ölkənin vahid inteqrasiya olunmuş HHM sisteminə daxil edilib. Məhz bu sistemin tətbiqi nəticəsində radarlara görünməyən (stealth) F-35 təyyarəsinə ağır zərbə endirildiyi vurğulanır.



