İran hava hücumundan müdafiə sisteminə "əl gəzdirir"
İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) birgə hava hücumundan müdafiə təlimləri başlayıb.
AFN.az “Mehr”ə istinadən xəbər verir ki, təlimlər ölkənin bir neçə bölgəsində keçirilir. Ordunun və SEPAH-ın hava hücumundan müdafiə bölmələri hava hücumundan müdafiə bölmələri və İran hərbi texnikasının iştirakı ilə “Modafean Aseman Velayat 1401” (“Vilayət 1401 səmasının gözətçiləri”) kod adlı irimiqyaslı hərbi təlimlər keçirir.
İkinci briqada generalı Əmir Abbas Fərəcpurun verdiyi məlumata görə, təlimlərin məqsədi düşmənin ölkə səmasına təhdidlərinə qarşı müdafiəni gücləndirmək, ölkənin həssas və həyati əhəmiyyətli mərkəzlərini hərtərəfli qorumaqdır.
"Modafean Aseman Velayat 140" manevrləri sonuncu dəfə 2021-ci ilin oktyabrında baş tutub.