Qazaxıstanda MDB ölkələrinin hava hücumundan müdafiə qüvvələrinin birgə təlimləri başlayıb


Qazaxıstanda MDB-yə üzv dövlətlərin Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin qüvvə və vasitələrinin “Döyüş Birliyi-2023” birgə döyüş atışlı təlimləri başlayıb.


Bu barədə Qazaxıstan Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, təlimlər Qaraqanda vilayətində keçirilir və zenit-raket komplekslərinin döyüş ekipajları artıq döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə başlayıblar.

Onlarda Qazaxıstan qüvvələri və hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Qırğızıstan Silahlı Qüvvələrinin hərbi kontingentləri də iştirak edir.

“Təlimlərin aktiv mərhələsi sentyabrın 14-15-də baş tutacaq. Qırğızıstanın Hava Hücumundan Müdafiə ekipajları “Peçora 2BM” mobil zenit-raket kompleksindən praktiki atışlar həyata keçirəcək”, - deyə nazirliyin xəbərində qeyd olunub.

Qeyd edilib ki, "Pechora 2BM" hava hücumundan müdafiə sistemi qısa və orta məsafədə yerləşən pilotlu və pilotsuz hava hücumu silahlarını məhv etmək üçün nəzərdə tutulub.

Təlimin aktiv mərhələsini Ermənistan, Qırğızıstan, Rusiya və Özbəkistanın müdafiə idarələrinin və hava hücumundan müdafiə qüvvələrinin nümayəndələri müşahidə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu