Belarusdan Ukraynaya hücum təlimləri başlanıb


Yanvarın 6-da Belarus və Rusiya Silahlı Qüvvələrinin regional qoşunlarının tərkibinə daxil olan aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimləri başlayıb.

AFN.az xəbər verir ki, bu barədə məlumat Belarus Müdafiə Nazirliyinin “Telegram” kanalında yerləşdirilib. Rusiya tərəfdən təlimlərdə aerokosmik qüvvələrin hərbi birləşmələrinin iştirak etdiyi bildirilir.
Belarus Müdafiə Nazirliyi qeyd edir ki, təlimlərin əsas məqsədi döyüş hazırlığı tapşırıqlarının birgə yerinə yetirilməsi zamanı əməliyyat uyğunluğunu artırmaqdır.
Təlimlər hava kəşfiyyatının aparılması, dövlət sərhədi boyunca hava məkanının birgə patrul xidməti, qoşun qruplaşmalarına hava dəstəyinin verilməsi, taktiki hava enişi, yüklərin çatdırılması və yaralıların təxliyəsi kimi geniş spektrli məsələləri əhatə edir.
Təlimin keçirilməsini təmin etmək üçün Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları və poliqonları sınaq əməliyyatlarına cəlb olunub.
Fevralın 1-dək davam edəcəyi gözlənilən təlimlər Rusiyanın Ukraynaya qarşı yeni hücumunda Belarusun birbaşa iştirak edə biləcəyi təhlükəsinə görə diqqət çəkib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu