Qırğızıstan Rusiya ilə birgə regional hava hücumundan müdafiə sistemi yaradır


Qırğızıstan parlamenti Rusiya ilə birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiqləyib.


Yerli medianın məlumatına görə, Parlamentin Baş Assambleyasında müzakirə edilən Qırğızıstan və Rusiya arasında birgə regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişi təsdiq edən qanun qəbul edilib.

Sözügedən qanun layihəsini Qırğızıstan hökumətinin təşəbbüsü ilə müdafiə nazirinin müavini Almazbek Karasartov parlamentə təqdim edib.

Qanun layihəsi ilə bağlı Karasartov, "Rusiya və Qırğızıstan bu razılaşma ilə vahid regional hava hücumundan müdafiə sistemi yaradacaq. Bu məqsədlər üçün Kant şəhərində Rusiya hava bazası yaxınlığında 5 hektar torpaq sahəsi ayrılacaq" - deyə bildirib.

İki ölkə arasında müqavilə 2022-ci il avqustun 16-da Rusiyanın paytaxtı Moskvada imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu