NATO Baltikyanı ölkələrdə hava hücumundan müdafiə sistemi yaradır
NATO ölkələri Vilnüsdə keçiriləcək sammitdə Baltikyanı ölkələrdə hava polisi missiyalarından rotasiya əsasında hava hücumundan müdafiə sisteminin (AD) yaradılmasına keçidi təsdiqləyəcəklər.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq iyulun 11-12-də keçiriləcək NATO sammitinə hazırlıq çərçivəsində Vilnüsə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. Onun bəyanatı NATO-nun mətbuat xidməti tərəfindən yayımlanıb.
"NATO ölkələri hava polisi missiyasından rotasiya əsasında hava hücumundan müdafiə sisteminin yaradılmasına keçidi təsdiq edəcəklər. Baltikyanı ölkələrdə ilk hava hücumundan müdafiə sistemləri Almaniyadan gəlməlidir" - deyə baş katib bildirib.
Eyni mətbuat konfransında iştirak edən Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin NATO-nun Vilnüsdə keçiriləcək sammitində hava örtüyünü gücləndirmək üçün artıq Litvaya hava hücumundan müdafiə sistemləri göndərəcək.
"Biz Vilnüs sammitində infrastruktur, güc modelləri ilə bağlı qərarlar verəcəyik, həmçinin konkret əraziləri müdafiə edəcək konkret bölmələri müəyyən edəcəyik", - Stoltenberq qeyd edib.