Baltikyanı ölkələrdə NATO ölkələrinin irimiqyaslı hərbi təlimləri keçiriləcək


Böyük Britaniya, Kanada və Almaniya Baltikyanı ölkələrlə birlikdə öz ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirəcək.


AFN.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorus açıqlayıb.

Hərbi idarə rəisinin sözlərinə görə, bu qərar Latviya, Litva və Estoniya müdafiə nazirlərinin London, Berlin və Ottavadan olan həmkarları ilə görüşündən sonra qəbul edilib.

“Biz gələn il və ya 2025-ci ilin əvvəlində üçtərəfli təlimlər keçirəcəyimiz barədə razılığa gəldik”, deyə Pistorius bildirib. O vurğulayıb ki, manevrlər NATO-ya görə “xüsusilə müdafiəsiz” hesab olunan şərq cinahında hərbi koordinasiyanı yaxşılaşdırmaq üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu