Belarusun müdafiə naziri: Polşa və Baltikyanı ölkələr zərbə və hücum imkanlarını sürətlə artırırlar
AFN.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib. "Gələcəkdə onlardan ABŞ tərəfindən şərq istiqamətində hərbi ssenarilərin həyata keçirilməsi üçün tramplin kimi istifadə oluna bilər" - deyə müdafiə naziri narahatlığını dilə gətirib.
"Belta" agentliyinin yazdığına görə, müdafiə naziri ABŞ və digər NATO ölkələrinin fəal iştirakı ilə Şərqi Avropanın hərbiləşdirilməsinin hərbi-siyasi vəziyyətin inkişafında təhlükəli tendensiya olduğunu vurğulayıb. Nazir bildirib ki, eyni zamanda kollektiv Qərb Belarusda “Ukraynadakı münaqişədə döyüş təcrübəsi qazanan belarus millətçilərinin silahlı təxribatlarına arxalanaraq", hazırkı hökuməti devirmək və ölkəni məhv etmək üçün güclü senarini həyata keçirmək planlarını davam etdirir.