CNN: ABŞ və İran arasında danışıqlar davam edir
Birləşmiş Ştatlar və İran arasında yeni bir sazişin əldə olunması istiqamətində danışıqlar davam etdirilir.
AFN.az xəbər verir ki, bu barədə "CNN" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ-ın İrana endirdiyi hava zərbələrinə və Tehranın Yaxın Şərqdəki Amerika obyektlərinə cavab hücumlarına baxmayaraq, tərəflər arasında pərdəarxası müzakirələr dayandırılmayıb və diplomatik təmaslar aktiv şəkildə davam edir.
