Su xəttində baş verən qəza aradan qaldırılır - FOTO
Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən diametri 200 mm olan içməli su xəttində qəza baş verməsi ilə bağlı rayon sukanal idarəsinə məlumat daxil olan kimi qəza briqadası hadisə yerinə cəlb olunub. Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.
Bu barədə AFN.az-a İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib.
İşlər bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.
***
Bakının Yasamal rayonunda içməli su xəttində qəza baş verib.
İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, qəza H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qeydə alınıb.
Məlumat daxil olan kimi əraziyə dərhal briqada və texnika cəlb edilib. Su axıntısının qarşısı alınıb.
Hazırda xəttin təmiri və bərpası istiqamətində işlər davam etdirilir.
İşlər başa çatdıqdan sonra əlavə məlumat veriləcək.



