Türkiyənin radioelektron mübarizə sistemləri Bakıda nümayiş olunacaq – ADEX 2026
Türkiyənin EHSİM Elektronik Harp Sistemleri şirkəti sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək ADEX 2026 sərgisində radioelektron mübarizə sahəsindəki həllərini təqdim edəcək.
AFN.az Yenicag.az-a istinadən xəbər verir ki, şirkət sərgi çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyi və məhsullarını yeni bazarlara tanıtmağı hədəfləyir.
EHSİM-in diqqətçəkən məhsulları arasında IDEF 2025 sərgisində təqdim etdiyi DRFM texnologiyasına əsaslanan kompakt JINN radioelektron maneə sistemi və birdəfəlik istifadə olunan SİS saxta hədəf sistemi yer alır. Bu həllər şirkətin radioelektron mübarizə sahəsindəki mühəndislik təcrübəsini və yeni texnologiyalarını əks etdirir.
Şirkət daha əvvəl SAHA EXPO 2026 sərgisində də yerli və xarici müdafiə sənayesi nümayəndələri ilə görüşlər keçirib. Həmin sərgidə TÜBİTAK SAGE və Ankara Kosmik və Aviasiya İxtisaslaşdırılmış Mütəşəkkil Sənaye Zonası ilə anlaşma memorandumları imzalanıb.
Qeyd edək ki, hərbi və mülki nümayəndə heyətlərini, müdafiə sənayesi şirkətlərini bir araya gətirən ADEX 2026 Bakı Ekspo Mərkəzində keçiriləcək. EHSİM ziyarətçilərini 2-ci zalda, 2A122 nömrəli stenddə qəbul edəcək.




