NATO Rusiyanın nüvə ritorikasını pisləyib



NATO sözçüsü Allison Hart Rusiyanın Alyansa qeyri-rəsmi sənəd göndərdiyini və NATO-nun buna cavabında nüvə silahları ilə bağlı məsuliyyətsiz ritorika da daxil olmaqla, güc tətbiqi təhdidini qətiyyətlə pislədiyini bildirib.

AFN.az xəbər verir ki, Hart NATO-nun Rusiyaya göndərdiyi cavabın məzmunu barədə açıqlama verib.

Hart açıqlamasında Rusiyanın NATO-ya qeyri-rəsmi sənəd göndərdiyini və NATO-nun da buna cavab göndərdiyini təsdiqlədiyini bildirib.

NATO-nun müdafiə məqsədli alyans olduğunu, fəaliyyət və təlimlərinin Rusiyanın hər hansı bölgəsi üçün risk yaratmadığının cavabda qeyd edildiyini bildirən Hart nüvə silahları ilə bağlı məsuliyyətsiz ritorika da daxil olmaqla, güc tətbiqi təhdidini qətiyyətlə pislədiklərini ifadə edib.

Hart Rusiyaya Ukraynadakı müharibəni başa çatdırmaq çağırışı edib. O, Rusiyanın hibrid taktikalara əl atmasının çarəsizlik əlaməti olduğunu, lakin bunun NATO-nu Ukraynaya verdiyi dəstəkdən çəkindirməyəcəyini bildirib. Hart müttəfiq ərazilərinin hər qarışını müdafiə etmək üçün lazımi imkanlara sahib olduqlarını və istənilən təhdidə qarşı çıxacaq qədər güclü, hazırlıqlı və qüdrətli olmağa davam etdiklərini vurğulayıb.

NATO-nun baş katibi Mark Rutte də son dövrlərdə Rusiyanın hibrid fəaliyyətlərinin Alyansa üzv ölkələri Ukraynaya dəstəkdən çəkindirməyə yönəldiyini vurğulayıb və NATO-nun bu cür təhdidlərə qarşı zəruri cavab variantlarına malik olduğunu deyib.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) Alexus Grinkeviç isə ötən həftə müttəfiqlər arasında kəşfiyyat məlumatlarının paylaşılmasının Rusiyadan qaynaqlandığı qiymətləndirilən sabotaj, kiberhücum və digər hibrid təhdidlər səbəbindən artırıldığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu