Rutte: NATO-nun nüvə çəkindirmə qabiliyyətinin effektiv qalmasını təmin etməliyik



NATO-nun Baş katibi Mark Rutte böyük qeyri-sabitlik dövrlərində alyansın nüvə çəkindirmə qüvvələrinin təsirli və etibarlı qalmasının zəruriliyini bəyan edib.

AFN.az xəbər verir ki, NATO-nun illik Nüvə Siyasəti Simpoziumu bu il İstanbulda baş tutub və orada alyansın 150-dən çox eksperti bir araya gələrək nüvə təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Tədbirə onlayn formatda qatılan Baş katib ev sahibliyinə görə Türkiyəyə təşəkkürünü bildirərək, bu ölkənin müdafiə sənayesinin innovasiyalar və artan investisiyalarla təhlükəsizlik sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Rutte 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Sammiti ərəfəsində alyansın nüvə mövqeyinin pisləşən qlobal təhlükəsizlik mühitinə uyğunlaşdırılması üçün mühüm qərarların qəbul ediləcəyini vurğulayıb. O, müasir dövrdə nüvə çəkindirmə amilinin əhəmiyyətinin daha da artdığını qeyd edərək, NATO-nun bu istiqamətdəki hazırlığının hər zaman yüksək səviyyədə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu