Hakan Fidan NATO-nun baş katibi ilə görüşüb


Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Baş katibi Mark Rutte ilə görüşüb.

Fidan ilə Rutte arasında görüş Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.

Görüşdə Ukrayna–Rusiya müharibəsinin dayandırılmasına dair səylər, Qara dənizdə təhlükəsizlik məsələləri, 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO Zirvəsinin hazırlıqları və Türk müdafiə sənayesinin NATO üzv ölkələrinə töhfələri müzakirə olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu