ABŞ 20 milyard dollarlıq yeni nəsil döyüş təyyarəsi üçün Boeing-i seçdi
ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 20 milyard dollar dəyərində 6-cı nəsil döyüş təyyarəsi tenderi Boeing şirkətinə verilib.
AFN.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hərbi Dəniz Qüvvələrinin 6-cı nəsil hücum təyyarəsinin hazırlanması layihəsi çərçivəsində Boeing şirkəti ilə təxminən 20 milyard dollar dəyərində müqavilə imzalandığını açıqlayıb.
Pentaqon müqavilə ilə bağlı açıqlama yayıb.
Buna görə, F/A-XX proqramı çərçivəsində Boeing ilə imzalanan təxminən 20 milyard dollarlıq müqavilə yer, uçuşa yararlılıq, sistem və silah inteqrasiyası sınaqlarında istifadə ediləcək bir neçə sınaq təyyarəsinin tədarükünü də əhatə edir.
Sözügedən proqram çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilərdən fəaliyyət göstərə biləcək yeni nəsil döyüş təyyarəsi hazırlaması nəzərdə tutulur.
Hazırlanacaq 6-cı nəsil hücum təyyarəsinin 2030-cu illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olması gözlənilir.
Açıqlamasında fikirlərinə yer verilən Pentaqonun Təchizat və Davamlılıq üzrə müşaviri Maykl P. Daffi F/A-XX proqramının sülh üçün güc öhdəliyinin mühüm tərkib hissəsi olduğunu bildirib.
Daffi təyyarənin hava üstünlüyü təmin edəcəyini, əməliyyat məsafəsini genişləndirəcəyini və döyüş qüvvələrinə həlledici döyüş üstünlüyü qazandıracağını bildirərək, ABŞ-ın bu imkanları sürətlə inventara daxil etmək üçün Boeing ilə birlikdə çalışacağını qeyd edib.
Hərbi Dəniz Qüvvələri nazirinin vəkili Hanq Kao da təyyarənin hava üstünlüyü baxımından nəsillərarası sıçrayış təmin edəcəyini bildirərək, Boeing ilə əməkdaşlıq etməkdən məmnun olduqlarını qeyd edib.
Boeing F/A-XX təyyarələrini 2030-cu illərdən etibarən mövcud F/A-18E/F Super Hornet və EA-18G Growler təyyarələrini dəstəkləmək və zamanla onları əvəz etmək üçün təhvil verəcək. Təyyarə F-35C ilə birlikdə fəaliyyət göstərəcək.


