Çindən ABŞ tariflərinə yeni cavab: "Boeing" təyyarələrinin tədarükü dayandırıldı

Çin ABŞ-ın Çin mallarına 145 faiz rüsum tətbiq etmək qərarına cavab olaraq aviaşirkətlərə "Boeing" təyyarələrinin tədarükünü dayandırmağı əmr edib.
"Bloomberg"in xəbərinə görə, Pekin həmçinin Çin aviaşirkətlərindən ABŞ-dan təyyarə ilə bağlı avadanlıq və hissələri almağı dayandırmağı xahiş edib.
Çin hökuməti həmçinin "Boeing" təyyarələrini icarəyə götürən və daha yüksək xərclərlə üzləşən aviaşirkətlərə yardım göstərmək yollarını nəzərdən keçirir.
Digər tərəfdən, Çinin yaxın iyirmi ildə qlobal təyyarə bazarının 20 faizini təşkil edəcəyi təxmin edilir.