İran rəsmisi: Tramp nə danışıqlar apara, nə də müharibə edə bilir



İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsin Rzai ABŞ Prezidenti Donald Trampı hədəf alaraq, “Tramp nə danışıqlar apara bilir, nə də müharibə edə bilir” deyib.

AFN.az xəbər verir ki, İran mətbuatında yayılan xəbərlərə görə, Rzai Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə paytaxt Tehran şəhərində görüş keçirib.

Rzai görüş zamanı verdiyi açıqlamada, “ABŞ və İsrailin İrana hücumları bütün beynəlxalq qanunlara ziddir və İran böyük güclə özünü müdafiə edib. Tramp bataqlığa ilişib. Tramp nə danışıqlar apara bilir, nə də müharibə edə bilir” ifadələrini işlədib.

Ölkəsinin ABŞ-a şərtlər irəli sürdüyünü xatırladan Rzai, Trampın qərar qəbul etmək qabiliyyətinin olmadığını iddia edərək, “ABŞ müharibə sahəsindəki çarəsizliyi səbəbindən hava blokadasına əl atıb” deyib.

Rzai tarix boyu bölgəyə yad qüvvələrin dəfələrlə gəlib getdiyini söyləyərək, İranın bu coğrafiyada qalmağa davam etdiyini bildirib.

Bölgədə ABŞ üçün gələcəyin olmadığını bildirən Rzai, ölkəsinin ABŞ qarşısında dimdik dayandığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu