Trampdan İrana mesaj: Artıq çox gecdir



ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar aparmaq tələbi ilə müraciət etdiyini, lakin bu təklifi geri çevirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Tramp "İran müzakirə istədi, çox gecdir dedim" ifadələrini işlədib.

"Əl-Cəzirə"nin məlumatına görə, Donald Tramp İranın bölgədəki hərbi potensialının və rəhbər heyətinin ciddi şəkildə zəiflədildiyini müdafiə edib. Tehran rəhbərliyinin ancaq ağır zərbələr aldıqdan sonra diplomatik təmas qurmağa çalışdığını qeyd edən Tramp "Hava hücumundan müdafiə sistemləri, hava qüvvələri, donanmaları və rəhbər heyətləri yoxdur. Danışmaq istəyirlər. Artıq çox gecdir dedim", - deyə bildirib.

İran tərəfindən gələn görüşmə tələbinə mənfi cavab verdiyini qeyd edən Tramp, mövcud mənzərədən sonra geri dönüşün mümkün olmadığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu