Tramp İranı bir daha təhdid etdi: Hərəkətə keçə bilərik


ABŞ Prezidenti Donald Tramp İranla bağlı müdaxilə ehtimalına dair yeni açıqlama verib. Tehran rəhbərliyinə yönəlik təhdidlərini davam etdirən Tramp Amerika ordusunun İrana qarşı mümkün variantları qiymətləndirdiyini bildirib.

Tramp Ağ Evə qayıdarkən, Air Force One təyyarəsində jurnalistlərin beynəlxalq proseslərlə bağlı suallarını cavablandırıb.

ABŞ Prezidenti Tramp İranın qırmızı xətti aşmağa başladığını deyərək, Tehran rəhbərliyinə qarşı nə zaman, harada və ya necə hərəkət ediləcəyi barədə şərh verməyəcəyini qeyd edib.

İrandakı etirazlarla bağlı saatbasaat məlumat aldığını bildirən Tramp, İran rəhbərliyi haqqında “Onlar lider deyillər. Zorakılıq yolu ilə idarə edirlər. Biz bunu çox ciddi qəbul edirik. Ordu da bu məsələni araşdırır və masada çox güclü variantlarımız var” deyə bildirib.

Tramp İranın bir gün əvvəl ABŞ-la əlaqə saxladığını və nüvə sazişi üzrə danışıqlar aparmağı təklif etdiyini də qeyd edib. O, “Onlarla görüşə bilərik. Görüş təşkil olunur. Ancaq baş verənlərə (ölkədəki etirazlara) görə, görüşdən əvvəl hərəkətə keçməyimiz lazım gələ bilər” deyə vurğulayıb.

Tramp əlavə olaraq, İran xalqının internet bağlantısının olmadığını və dünya ilə əlaqənin kəsildiyini xatırladan suala cavab olaraq, İlon Mask ilə danışaraq Starlink vasitəsilə ölkədə interneti yenidən aktivləşdirə biləcəklərini söyləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu