Tramp İranı yeni sanksiyalarla hədələyib


ABŞ prezidenti Donald Tramp İranın nüvə razılaşmasına nail olub-olmamasından asılı olaraq əlavə sanksiyaların qüvvəyə minəcəyini bildirib.


ABŞ prezidenti Tramp həftəsonu tətilini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.

İrana qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp "Bir neçə əlavə sanksiya var. İrana qarşı əlavə gömrük rüsumlarımız var və hər hansı bir irəliləyiş görməsək, bir neçə həftə ərzində tətbiq edəcəyik. Hazırda onları tətbiq etmirik" deyib.

Tramp İrana əlavə gömrük rüsumları ilə bağlı onların razılaşıb-razılaşmayacağına görə qərar verəcəklərini bildirib.

İranın razılaşmanı qəbul etməsinə üstünlük verdiyini vurğulayan Tramp əks halda bunun Tehran üçün yaxşı olmayacağını qeyd edib.

Tramp əlavə edib ki, o, İran hökumətinin nüvə sazişi bağlayacağına inanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu