Tramp İrana qarşı maksimum təzyiqin bərpası ilə bağlı memorandum imzalayacaq?


ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasını yeniləyən prezident memorandumunu imzalayacağı gözlənilir.


"Reuters" ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Trampın direktivi ABŞ maliyyə nazirinə İrana qarşı maksimum iqtisadi təzyiq, o cümlədən mövcud sanksiyaların pozulmasına görə sanksiyalar və icra mexanizmləri tətbiq etməyi tapşırır.

Agentliyin rəsmisi bildirib ki, maksimum təzyiq səyləri çərçivəsində Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan kampaniya keçirəcək.

Mənbə qeyd edib ki, ABŞ-ın BMT-dəki nümayəndəsi İrana qarşı beynəlxalq sanksiyaların və məhdudiyyətlərin aradan qaldırılmasını başa çatdırmaq üçün əsas müttəfiqləri ilə çalışacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu