Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları təsdiqləyib


Avropa İttifaqı (Aİ) İrana qarşı Rusiyaya ballistik raketlər tədarükü məsələsi ilə bağlı yeni sanksiyalar tətbiq edib.


AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi Aİ diplomatlarına istinadən yazıb.

Diplomatlar yeni sanksiyalarla bağlı Aİ xarici işlər nazirlərinin Lüksemburqdakı müvafiq qərarından sonra məlumat veriblər. DPA qeyd eir ki, məhdudiyyətlər bu silahların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərə, qurumlara və şəxslərə təsir etməlidir.

Sanksiyaların əhatə etdiyi adlar Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Artıq bizneslərin sanksiyaya məruz qalan şirkətlər və şəxslərlə iş aparmasına icazə verilməyəcək. Bundan əlavə, onların Aİ-dəki aktivləri dondurulacaq və Avropa Birliyinə girişi qadağan ediləcək.

Agentliyin məlumatına görə, Avropa İttifaqı İrana ballistik raketlərin Rusiyaya ötürülməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Aİ, ABŞ və Böyük Britaniya kimi, bu silahların Ukraynadakı münaqişədə istifadə ediləcəyini güman edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu