Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Məhsa Əminin ölümündən sonra başlayan etirazlara hökumətin müdaxiləsi səbəbindən bu qərarı qəbul edib.
Bildirilib ki, Aİ ölkələrinin xarici işlər nazirləri noyabrın 14-də Brüsseldə keçiriləcək görüşdə məsələni müzakirə edəcəklər.
Bununla belə, 30-a yaxın şəxs və təşkilatın sanksiya siyahısına salına biləcəyi gözlənilir.