Tramp “İrana maksimum təzyiq” fərmanını imzalayıb


ABŞ prezidenti Donald Tramp “İrana maksimum təzyiq” siyasətini canlandıracaq fərman imzalayıb.



Bu gün İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində İranla bağlı yeni siyasətini açıqlayıb.

Tramp prezident kimi ilk dövründə həyata keçirdiyi “İrana maksimum təzyiq” siyasətini canlandıracaq sərəncam imzalayıb.

İmzalama zamanı proses haqqında düşünən Tramp bunu imzalamaqdan məmnun olmadığını və bundan istifadə etmək məcburiyyətində qalmayacaqlarını ümid etdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu