20 illik gəlir vergisi güzəşti kimlərə şamil olunacaq?


Azərbaycanda yüksəkixtisaslı miqrantlara 20 il müddətinə gəlir vergisi güzəşti tətbiq ediləcək.

AFN.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklik layihəsi hazırlanıb.

Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantların Azərbaycan ərazisindən kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağladıqları əmək müqavilələri çərçivəsində xaricdən əldə etdikləri gəlirlər gəlir vergisindən azad ediləcək.

Güzəşt 2027-ci il yanvarın 1-dən etibarən tətbiq olunacaq və 20 il qüvvədə olacaq.

Məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu