Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir


Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.


Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə gəlir vergisindən azad ediləcək.

Eyni zamanda, layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə vahid vergitutma mexanizmi tətbiq ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu