İran Bəhreyndəki ABŞ radar sistemini hədəf aldığını açıqlayıb



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava məkanının ABŞ-yə məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulmasına cavab olaraq, Bəhreyndə yerləşən Şeyx İsa Hava Bazasında ABŞ-yə məxsus radar sisteminin hədəf alındığını açıqlayıb. 

AFN.az xəbər verir ki, SEPAH-ın açıqlamasına əsasən, səhər saatlarında keçirilən dəqiq əməliyyat zamanı sözügedən bazanın radar sistemi vurulub.

Açıqlamada bildirilib ki, İran hava məkanının ABŞ PUA-ları tərəfindən davamlı pozulmasına cavab olaraq, bu ölkəyə məxsus MQ və RQ-170 tipli pilotsuz uçuş aparatlarının elektron müharibə sistemləri vasitəsilə ələ keçirilməsi əməliyyatının davamı olaraq Bəhreyndəki Şeyx İsa Hava Bazasının radar sistemi PUA-larla hədəfə alınıb.

SEPAH, həmçinin, hava məkanının pozulmasının cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu