İran mətbuatı: Hörmüz boğazında MQ-9 tipli PUA vurulub



İran mətbuatı ölkənin cənubunda, Hörmüz boğazı üzərində aşkarlanan ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.

AFN.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi MQ-9 tipli pilotsuz uçuş aparatını aşkar edərək onu vurub.

İranın rəsmi qurumları hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu