İranın cənub-qərb sərhədində gərginlik: PUA vuruldu
İran ordusu ölkənin cənub-qərb bölgəsində düşmənə məxsus kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bəyan edib.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, kəşfiyyat xarakterli PUA ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən aşkar olunub. Hədəf Hava Hücumundan Müdafiə Birgə Qərargahının komandanlığı altında fəaliyyət göstərən HHM vasitələri ilə vaxtında müdaxilə edilərək zərərsizləşdirilib.
Hərbçilər PUA-nın hansı ölkəyə məxsus olduğunu hələlik açıqlamasalar da, hadisənin strateji əhəmiyyətli sərhəd bölgəsində baş verdiyini vurğulayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

