Livanda İsrailə məxsus PUA vurulub


İsrail ordusuna məxsus "Hermes 900 tipli" pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı bir bölgədə vurulduğu açıqlanıb.


Livan mətbuatında dərc olunan xəbərlərə görə, ölkənin hava məkanını pozan İsrailə məxsus PUA cənubdakı Reyhan bölgəsində vurulduqdan sonra yerə düşüb.

Hizbullah açıqlamasında PUA-nı vurduğunu təsdiqləyib və bunun üçün hava hücumundan müdafiə silahlarından istifadə etdiyini bildirib.

İsrail ordusu da Livan ərazisində bir PUA-nın yer-hava raketi ilə vurulduğuna dair yazılı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Hizbullah bundan əvvəl də İsrailin PUA-larını yer-hava tipli raketlərlə vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu