Hizbullah İsrail ordusunun hava bazasını raketlərlə vurub


Hizbullah Livanın cənubundan İsrailin hava nəzarət bazasına çoxlu raketlər atdığını açıqlayıb.



Livandakı Hizbullah Hərəkatı məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Çermek dağının zirvəsində yerləşən Meron Hərbi Hava Nəzarət Bazasına çoxlu raketlərin atıldığı bildirilib.

Qeyd edilib ki, hava bazası dünən İsrailin Livanın Baalbek şəhəri yaxınlığındakı Hizbullah hədəflərinə hücumuna cavab olaraq hədəfə alınıb.

Dünən ilk dəfə olaraq İsrail aviasiyası Livan-İsrail sərhədindən təxminən 120 kilometr aralıda yerləşən Baalbek şəhərində Hizbullahın 2 hədəfini vurub və hücumda Hizbullahın 2 üzvü ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu