Hizbullahın hücumu nəticəsində 3 İsrail əsgəri yaralanıb


Hizbullah Hərəkatının Livanın cənubundan İsrailin sərhəddəki Kiryat Şmona qəsəbəsinə təşkil etdiyi hücumda 1-i ağır 3 əsgərin yaralandığı bildirilib.


İsrail ordusu Hizbullahın həyata keçirdiyi hücumlar və verilən cavabla bağlı açıqlama verib.

Açıqlamada Livan ərazisindən Kiryat Şmona, Biranit və Hermon dağı bölgələrinə qarşı bəzi hücumların həyata keçirildiyi bildirilib.

Hücumlar nəticəsində 1-i ağır olmaqla 3 əsgərin yaralandığına dair məlumatların yer aldığı açıqlamada, Hizbullahın Livanın Kiryat Şmonanın tam qarşısındakı Hiyam qəsəbəsini hədəf aldığı və hücumun mənbəyi olaraq təyin edildiyi qeyd edilib.

Hizbullah da Telegram hesabından verdiyi açıqlamada Kiryat Şmona və Biranit-ə hücum edildiyini açıqlayıb.

Bəyanatda bildirilib ki, Qaliley diviziyası və Kiryat Şmonadakı Biranit hərbi mövqeyi idarə olunan raketlər və “uyğun silahlarla” hədəfə alınıb.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 184 Hizbullah üzvü, 6 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu