İsrail ordusu Livan sərhədində bəzi yolları bağladı


İsrail ordusu qarşıdurma səbəbiylə gərginliyin artdığı Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb.



"Times of Israel" qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir.

Xəbərdə İsrail ordusunun Livan sərhədində bəzi yolları nəqliyyata bağlamasının bölgədə artan gərginliyin ardınca gəldiyi qeyd edilib.

Bu gün səhər saatlarında Hizbullah Livanın cənubundan İsrailin şimalındakı Kiryat Şmona bölgəsinə raket hücumu təşkil edib və hücumda bir nəfərin öldüyü bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu