İsrail gərginliyin tüğyan etdiyi Livanla sərhəddə beton maneələr qoyur


İsrail ordusu son vaxtlar gərginliyin yaşandığı Livan sərhədində məftil çəpərləri "beton maneələrlə" möhkəmləndirməyə başlayıb.


İsrail ordusu iki ölkə arasında mübahisəli ərazi sayılan və Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) nəzarətində olan sərhəddə beton maneələr yerləşdirib.

İsrail 1967-ci ildən işğal etdiyi və son günlər gərginliyin yenidən artdığı Kefr Şuba bölgəsinə yaxın sərhəd xəttində gecə saatlarında başladığı möhkəmləndirmə işlərini davam etdirir.

Livanla İsrail arasında 120 kilometrlik sərhəd xətti var. İsrail sərhədin bəzi hissələrinə məftil hördüyü halda, bəzi nöqtələrdə beton divarlar hörür.

Livan hökuməti hələlik İsrailin sərhəddə apardığı son işlərə münasibət bildirməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu