İsrail ordusu Livan sərhədində tank əleyhinə raketlə hədəfə alınıb


İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir.


İsrail ordusundan verilən açıqlamada sərhəd bölgəsindəki iki hərbi məntəqəyə Livan ərazisindən tank əleyhinə raketlərlə hücum edildiyi və ordunun buna cavab verdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, Livan sərhədində İsrail əsgərləri tank əleyhinə raketlər buraxmağa hazırlaşan silahlı qrupları vurub.

Açıqlamada Livan ərazisindən sərhəddə yerləşən Metula qəsəbəsinə iki dəfə atəş cəhdi edildiyi, lakin raketlərin qısa müddətdə düşdüyü, İsrail ordusunun artilleriyasının atəş nöqtələrini hədəfə aldığı bildirilib.

Livan Hizbullahının verdiyi açıqlamada bölgədəki İsrail əsgərlərinin Asi və Həzzan təpələrində yerləşdiyi müəyyən edildikdən sonra Hizbullah üzvlərinin bölgəni hədəfə aldığı qeyd edilib.

Hizbullah, vurulan ərazidə İsrail əsgərləri arasında ölən və yaralananların olduğunu iddia edib.

İsrail ordusunun sözçüsü hələlik məsələ ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu