İsrail ordusu Livan sərhədində hücuma hazırlaşan 2 qrupu zərərsizləşdirdiyini açıqladı


İsrail ordusu Livan ərazisindən hücuma hazırlaşdığını iddia etdiyi iki qrupu vurduğunu açıqlayıb.



Ordudan verilən açıqlamada, Livan sərhədindən İsrail tərəfinə hücuma hazırlaşan iki qrupun təsbit edildiyi bildirilib.

Açıqlamada sözügedən qrupların və Hizbullaha aid bir nöqtənin vurulduğu qeyd edilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 56 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu