İsrail Livanın cənubuna hava zərbəsi endirib


İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsinə hava zərbəsi endirib.



Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Livanın cənubundakı Ayta əş-Şaab qəsəbəsinin ətrafını bombalayıb.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 129 Hizbullah üzvü, 28 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu