İsrail Livana 10 raket atıb


İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə 10 raket atdığı açıqlanıb.


Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-dən bəri davam edən qarşıdurmalarla bağlı yeni məlumatlar yer alıb.

İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsində yerləşən Kefr Şuba qəsəbəsi ətrafına 10 raket atdığı, İsrailin də Xalde şəhəri xaricində məşəllər atdığı bildirilib.

Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda indiyədək 46 Hizbullah üzvü və 3 İsrail əsgəri həlak olub. Bundan başqa, Livanda bir jurnalist də daxil olmaqla 4 mülki şəxs, İsraildə isə 1 mülki vətəndaş həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu