İsrail Livandakı Hizbullah hədəflərini vurduğunu açıqlayıb


İsrail ordusu Livanın cənubunda Hizbullaha aid bəzi hədəfləri vurduğunu açıqlayıb.



Məsələ ilə bağlı İsrail ordusundan açıqlama verilib.

Açıqlamada Livanın Mervahin bölgəsindəki Hizbullah hədəflərinin vurulduğu, İsrail ərazisinə atəş açmaq üçün istifadə edilən qurğunun və İsrailə qarşı tank əleyhinə raketlərin atıldığı bölgənin də hədəf alındığı bildirilib.

Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrailin gecə saatlarında Mays əl-Cəbel qəsəbəsinin şimal-şərqindəki Kerkezan bölgəsini vurduğu qeyd edilib.

Xəbərdə İsrail qüvvələrinin Hula qəsəbəsinin ətraf ərazilərinə də hücumlar təşkil etdiyi bildirilib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana sərhəddə davam edən qarşıdurmalarda 28 Livanlı mülki vətəndaş və 152 Hizbullah üzvü, həmçinin 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu