Hizbullah daha 3 üzvünün öldürüldüyünü açıqladı


Hizbullah İsrailin hücumlarında verdiyi itkilərlə bağlı açıqlama verib.



Hizbullah Livanın cənubunda İsrail ordusu ilə toqquşmalarda ikisi səhiyyə işçisi də daxil olmaqla daha 3 üzvünün öldürüldüyünü açıqlayıb.

Açıqlamada Hüseyn Məhəmməd Halil, Mahmud Yakub İsmail və Məhəmməd Həsən Taraf adlı Hizbullah üzvlərinin öldürüldüyü bildirilib.

Qeyd olunub ki, Halil və İsmayıl Hizbullahın “İslam Sağlamlığı Komitəsi” adlandırdığı mülki müdafiə qrupunun tərkibində olublar.

Hizbullah Hərəkatı tərəfindən edilən başqa bir açıqlamada mülki müdafiə qruplarına edilən hücuma cavab olaraq İsrail sərhədində yerləşən “Kiryat Şmona” qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada qəsəbədəki qərargahın iki kamikadze pilotsuz uçuş aparatı ilə hədəf alındığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu