Hizbullah Livanda İsrailə məxsus pilotsuz təyyarəni vurub


Hizbullah Livanın hava məkanını pozan İsrailə məxsus "Hermes-450" tipli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.



Livandakı Hizbullah Hərəkatının verdiyi açıqlamaya görə, 8 oktyabr 2023-cü ildən bəri İsrail ordusu ilə sərhəd bölgəsi arasında gedən qarşıdurmalarda ikinci dəfə "Hermes-450" tipli PUA vurulub.

Bəyanatda sözügedən PUA-nın Livan ərazisində vurulduğu bildirilsə də, əlavə təfərrüatlar verilməyib.

İsrail ordusundan verilən açıqlamada gecə saatlarında orduya məxsus PUA-nın vurulduğu təsdiq edilib.

Açıqlamaya görə, İsrail ordusuna aid döyüş təyyarələri Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı Hizbullah hədəflərinə hava zərbələri endirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu