İsrail ordusu Livandan atılan raketin vurulduğunu açıqlayıb


İsrail ordusu oktyabrın 7-dən bəri ilk dəfə Livanın cənubundakı bir bölgədən İsrailə qarşı atılan "yer-hava" tipli raketi vurduğunu açıqlayıb.



“Yedioth Aharonoth” qəzetinin məlumatına görə, ordu radiosuna açıqlama verən İsrail Ordusunun sözçüsü Daniel Hagari, Livan ərazisindən İsrailin pilotsuz uçuş aparatına qarşı atılan "yer-hava" raketinin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu bildirib.

Həgəri bildirib ki, hadisədən sonra Hərbi Hava Qüvvələrinə aid bir təyyarə raketin Livan ərazisinə göndərildiyi nöqtəyə cavab verib.

Digər tərəfdən "Yedioth Aharonoth", 7 oktyabrdan bəri ilk dəfə Livandan yer-hava raketinin atıldığına diqqət çəkib.

Livan hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İsrail ordusu dünən X Platformada öz səhifəsində İsrail döyüş təyyarələrinin Livanda Hizbullaha məxsus gözətçi qülləsini vurduğunu açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu